De Xea italyanlarla niyə razılaşmayıb?

İspaniyalı qapıçı David De Xea İtaliyanın “Cenoa” klubu ilə danışıqlar aparıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb. 33 yaşlı qapıçı A Seriyası təmsilçisi ilə maaş məsələsində razılığa gələ bilməyib.

Son klubu “Mançester Yunayted” olan De Xea ötən yaydan azad agentdir.