“Mançester Yunayted” onun üçün 5 milyon avro tələb edir

“Mançester Yunayted” futbolçusu Kristian Eriksen ilə yollarını ayırmaq istəyir.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” 32 yaşlı yarımmüdafiəçi üçün 5 milyon avro transfer haqqı tələb edir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Eriksenlə Niderlandın “Ayaks” və Belçikanın “Anderlext” klubu maraqlanır.

2022-ci ildən “Mançester Yunayted”də çıxış edən yarımmüdafiəçi komandada 72 oyunda 3 qol vurub, 13 məhsuldar ötürmə edib.