Arda Güler ilə bağlı qərar verildi

“Real”da türkiyəli futbolçu Arda Gülerlə bağlı qərar verilib.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Kral klubu” türk yarımmüdafiəçini icarəyə verməyəcək və o, yeni mövsümdə komandanın əsas oyunçularından olacaq.

Arda ötən yaydan “Real”da çıxış edir. O, 12 oyunda 6 qol vurub.