Bölgə klubu legionerini saxladı

“Turan Tovuz” futbolçusu Roderik Millerlə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Panama millisinin də şərəfini qoruyan müdafiəçi 2025-2026-cı illər mövsümünün sonunadək komandanın şərəfini qoruyacaq.

Qeyd edək ki, R.Miller komandamızın heyətində Premyer Liqada 32 oyun keçirib və 6 qol vurub.