“Real” onlarla müqaviləni uzadacaq

“Real” iki futbolçusu Daniel Karvahal və Ferlan Mendi ilə müqaviləni uzadacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Hər iki cinah oyunçusunun müqaviləsi 2026-cı ilin yayına kimi artırılacaq.

Karvahal ötən mövsüm 41 oyunda 6 qol vurub, 5 məhsuldar ötürmə edib. Onun “transfermarkt”da dəyəri 12 milyon avrodur.

Mendi isə 2019-cu ildən “Real”ın formasını geyinir. O, “kral klubu”nda 170 matçda 6 qol vurub, 10 məhsuldar ötürmə edib.