Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Futbolpress.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Straxinya Bunçiçlə (Serbiya) üz-üzə gəlib.
Rəqibinə məğlub olan Nəcəfov turnirlə vidalaşmalı olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.