Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi “Radomiak” Polşa çempionatında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Yagelloniya”nı qəbul edib. Matç rəqibin qələbəsiylə başa çatıb – 3:2.
Rahil bu görüşün iştirakçısı olmayıb. O, sona qədər ehtiyatda qalıb.
“Radomiak” çempionatda 2 turdan sonra 3 xalla 7-ci sıradadır.