Azərbaycan idmançıları Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bugünkü çıxışlarını başa vurublar.
Futbolpress.az xəbər verir ki, bu gün ümumilikdə 5 idmançı yarışa başlayıb.
Onlardan yalnız avarçəkən Diana Dımçenko uğurlu olub. O, akademik avarçəkmə növündə 1/4 finala yüksəlib.
Cüdoçular Leyla Əliyeva (48 kq) və Balabəy Ağayev (60 kq) ilk döyüşlərində məğlub olaraq, mübarizəni dayandırıblar.
Güllə atıcılığında mübarizə aparan Ruslan Lunyov isə 10 metr məsafəyə atışda 24-cü olub.
Günün ilk mübarizəyə başlayanı badmintonçu Keişa Fatima Zəhra Çin idmançısı He Bin Çzyaoya uduzub – 0:2.