“Jirona”nın futbolçusu Artem Dovbik karyerasını İtaliyada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, ukraynalı hücumçu “Roma” ilə razılaşıb. Bu barədə insayder Nikolo Skira məlumat yayıb. Dovbik paytaxt klubu ilə 5 illik müqavilə imzalayacaq.
Forvard ötən mövsümdə La Liqada 36 oyunda 24 qol vurub.