Braziliyalı keçmiş futbolçu Parisdə qarət olundu

Braziliya yığmasının sabiq futbolçusu Ziko qarət olunub.

Futbolpress.az xəbər verir ki, keçmiş oyunçu Fransaya Yay Olimpiya Oyunlarını izləmək üçün gedən zaman Parisdə qarət olunub.

O, taksidən düşərgən bir neçə şəxs avtomobildən onun əşyalarını oğurlayıb. Bu barədə “Le Parisien” nəşri məlumat yayıb. Xəbərdə Zikoya ümumilikdə 540 min dollarlıq ziyan dəydiyi qeyd olunub.

Oğurlanan çantada onun “Rolex” saatı, brilyantlar, boyunbağı və müəyyən qədər pulu olub.

Ziko futbolçu kimi 1976-cı ildə Braziliya yığmasında debüt edib. O, “sambaçılar”da 71 oyunda 48 qol vurub.

Daha əvvəl Argentinanın Olimpiya komandasının futbolçusu Tiaqo Almada qarət olunmuşdu.