“Yamala demişdik ki, sakit qal və səbr et”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente “Barselona”nın və yığmanın vingeri Lamin Yamal haqda danışıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 17 yaşlı oyunçunun potensialını dəyərləndirib:

“Ona demişdik ki, sakit qal və səbr et. Çünki sonra eniş olanda səni tərifləyən də təndiqlərdən utanmayacaq. Yamal şəxsu müstəvidə güclənməli, böyüməyə davam etməlidir. O, peşəkar biri kimi inkişaf edəcək”.

Yamal İspaniya millisi ilə Avro-2024-ün qalibi olub. O, turnirin ən yaxşı gənc futbolçusu seçilib.