Bu gün Paris 2024-ün açılışı olacaq

Bu gün Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

Futbolpress.az xəbər verir ki, tədbir Bakı saatı ilə 21:30-da başlayacaq.

Açılışda Azərbaycanın bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev olacaq.

Azərbaycan Parisdə 48 idmançı ilə təmsil olunacaq. Yarışa avqustun 11-də yekun vurulacaq.