Azərbaycan klubu keçmiş legionerini qaytardı

Transfer çalışmalarını davam etdirən “Zaqatala” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi iranlı Matin Qahremanini transfer edib. Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Matin daha öncə 2022/23 mövsümündə “Zaqatala”da çıxış edib.

Bölgə təmsilçisi yeni mövsümdə I Liqada mübarizə aparacaq.