Türkiyə millisinin üzvü fransızların “radar”ında

Dortmund “Borussiya”sının futbolçusu Salih Özcan karyerasını Fransada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Lion” və “Renn” 26 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Foot Mercato” nəşri məlumat yayıb.

“Transfermarkt”da dəyəri 10 milyon avro olan Salihin “Borussiya” ilə müqaviləsi 2026-cı ilin yayına kimidir. Türkiyə yığmasının da üzvü olan futbolçu klubu tərk etməyə müsbət yanaşır.

Özcan 2022-ci ildən “Borussiya”da çıxış edir. O, 70 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.