Azərbaycan klublarının potensial rəqiblərinin duellərində favoritlər sevindi

Konfrans Liqasında II təsnifat mərhələsinin birinci oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, İrlandiyanın “Sent-Patrik” komandası azarkeşləri önündə Lixtenşteyn “Vaduts”unu məğlub edib – 3:1.

Cütün qalibi növbəti mərhələsə “Makkabi” (Hayfa, İsrail) – “Sabah” duelinin güclüsü ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk matçda Azərbaycan təmsilçisi 3:0 hesablı qələbə qazanıb.

Kiprin “Omoniya” komandası isə Gürcüstan təmsilçisi “Torpedo”nu 3:1 hesabıyla məğlub edib. Bu cütün qalibinin rəqibi isə “Sumqayıt” – “Fehervar” (Macarıstan) duleinin qazananı olacaq. Bu komandaların ilk görüşündə isə macarlar qələbəyə sevinib – 2:1.