Xorvatlardan darmadağın – “Zirə”yə rəqib ola bilərlər

Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, Xorvatiyanın “Osiek” komandası azarkeşləri önündə Estoniya “Levadia”sını məğlub edib – 5:1.

Cütün qalibi növbəti mərhələdə “Zirə” – “DAC 1904” (Slovakiya) duelinin güclüsü ilə qarşılaşacaq.

“Zirə” ilk matçda rəqibini 4:0 hesabıyla məğlub edib.