Sabiq qapıçıya millidə iş verildi

İtaliyalı keçmiş qapıçı Canluici Buffona yeni iş verilib.

Futbolpress.az xəbər verir ki, sabiq qolkiper İtaliyanın əsas və gənc milli komandalarının idman direktoru olacaq.

46 yaşlı mütəxəssis Avro-2024-də İtaliya yığmasının məşqçilər heyətində yer alırdı.

Qolkiper karyerası ərzində “Parma”, “Yuventus” və PSJ-də çıxış edib.