“Sabah”dan inamlı qələbə

Bu gün Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçiləri – “Sabah”, “Sumqayıt” və “Zirə” də rəqibləri ilə üz-üzə gələcək.

Günün ilk matçında “Sumqayıt” azarkeşləri önündə “Fehervar”la qarşılaşıb və 1:2 hesabıyla uduzub.

Avropa Liqasının I təsnifat mərhələsində “Şerif”ə uduzan “Zirə” Konfrans Liqasında “DAC 1904″ü darmadağın edib – 4:0.

Günün son matçında “Sabah” İsrailin “Makkabi” (Hayfa) komandası ilə üz-üzə gəlib. Matç “futuristlər”in qələbəsiylə başa çatıb – 3:0.

II təsnifat mərhələsi, ilk oyunlar

25 iyul

20:00 Sumqayıt – Fehervar (Macarıstan) 1:2
Qollar: Səbuhi Abdullazadə, 20 – Kristensen, 39, Spandler, 52
Qırmızı vərəqə: Murad Xaçayev, 33 (Sumqayıt)

20:30 Zirə – DAC 1904 (Slovakiya) 4:0
Qollar: Rafael Utziq, 29, Junior Martins, 31, Davit Volkov, 53

21:15 Makkabi (Hayfa, İsrail) – Sabah 0:3

Qollar: Pavol Şafranko, 62, Cesse Sekidika, 78, Xəyal Əliyev, 88