Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda millimizin ilk qrup oyunu baş tutub.
Futbolpress.az xəbər verir ki, B qrupunda qərarlaşmış millimizin ilk rəqibi Moldova seçməsi olub. Oyuna fəal başlayan Anar Sarıyevin yetirmələri yekunda rəqib üzərində 87-76 hesablı qələbəyə seviniblər.
Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Rafael Ağayev (24 xal, 12 ribaund) seçilib. Bu qələbə ilə yığmamız yarımfinala vəsiqəni təmin edib. Millimizin qrupda sonuncu oyunu 25 iyul Bakı vaxtı ilə saat 18:00-da Ermənistan yığmasına qarşı olacaq