“Sumqayıt”ın rəqibinin açıq məşqi ləğv olundu – səbəb

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Sumqayıt”la qarşılaşacaq Macarıstanın “Fehervar” kollektivinin Bakıya uçuşu gecikib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gecikmə olduğu üçün komandanın nəzərdə tutulmuş oyunöncəsi mətbuat konfransı və açıq məşqi ləğv olunub. “Sumqayıt”ın baş məşqçisinin mətbuat konfransı və oyunöncəsi məşqi isə öncədən qeyd olunmuş vaxtda baş tutacaq.

“Sumqayıt” – “Fehervar” oyununa saat 20:00-da start veriləcək.