“Kəpəz” “Aqua Life Qax” suları ilə təmin olunacaq.
Futbolpress.az xəbər verir ki, bununla bağlı “Kəpəz” PFK ilə “Maximus” MMC arasında tərəfdaşlıq müqaviləsi bağlanıb. Tərəflər arasındakı müqaviləni “Kəpəz” PFK İB-nin İdarə Heyətinin sədri İlqar Nadiri ilə “Maximus” MMC-nin direktoru Elnur Kosayev imzalayıblar. Müqaviləyə əsasən şirkət mövsüm ərzində “Kəpəz”in su təminatını həyata keçirəcək.