“Qarabağ”ın ÇL oyunu bu kanalda

“Qarabağ” bu gün Çempionlar Liqasında mübarizəyə başlayacaq.

Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Cəbəllütariqdə “Linkoln”la üz-üzə gələcək. Görüşə saat 20:00-da start veriləcək.

Matç “CBC Sport” telekanalından canlı yayımlanacaq.

“Qarabağ”ın cavab görüşü isə iyulun 30-da Bakıda olacaq. Bu görüşün də yayımçı kanalı “CBC Sport” olacaq.