Alvaro Moratanı “Milan”a satan “Atletiko” hücum xəttini gücləndirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi “Jirona”dan Artem Dovbiklə razılaşıb. Bu barədə “Relevo” nəşri məlumat yayıb. “Atletiko” yaxın zamanda ukraynalı forvardın transferini açıqlayacaq.
27 yaşlı hücumçu ötən mövsümdə “Jirona”da 39 oyunda 24 qol vurub, 10 məhsuldar ötürmə edib.