“Fənərbağça” bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində İsveçrənin “Luqano” komandası ilə qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo oyundan öncə təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb:
“Heyətimizdən çox razıyam. “Fənərbağça”ya gəlməklə düzgün etmişəm. 30 məşq və 5 yoxlama oyunu keçirdim. Hər məşqdən, oyundan zövq aldım. Hər kəs komanda üçün əlindən gələni edir.
Düzdür, müəyyən problemlərimiz var. Bəzi oyunçular toplanışa gec qoşuldu, ancaq hamısı var gücü ilə çalışır. Biz yoxlama oyunları üçün yox, rəsmi matçlar üçün hazırlaşırıq. İsveçrəyə qələbə üçün gəlmişəm. Bütün diqqətim oyundadır və yaxşı nəticə bizimçün önəmlidir”.
“Luqano” – “Fənərbağça” oyunu saat 22:30-da start götürəcək.