“Qəbələ”nin yetirməsi “Turan Tovuz”da

“Turan Tovuz” heyətinə yeni futbolçu cəlb edib.

Futbolpress.az xəbər verir ki, Tovuz təmsilçisi Rüfət Əhmədovu transfer edib.

21 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.

“Qəbələ”nin yetirməsi olan  Əhmədov son mövsümü icarə əsasında “Kəpəz”də keçirib.