“Atletik”in və İspaniya millisinin futbolçusu Niko Uilyams karyerasını “Barselona”da davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisi 22 yaşlı vingerə 5 illik müqavilə təklif edib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə Nikonun tezliklə “Barselona”ya qoşulacağı bildirilib.
Uilyams “Atletik”in yetirməsidir. O, La Liqada 113 oyunda 11 qol vurub, 10 məhsuldar ötürmə edib. İspaniya yığmasının da üzvü olan futbolçunun “transfermarkt”da dəyəri 70 milyon avrodur.