Azərbaycan klubunun prezidenti boğularaq vəfat etdi

II Liqada mübarizə aparan “Ağdaş” futbol klubunun prezidenti Rəhman Əliyev vəfat edib.

Futbolpress.az xəbər verir ki, 34 yaşlı funksioner gecə saat 2 radələrində rayon ərazisindən keçən su kanalında dostu ilə boğularaq ölüb.

Əliyev həmçinin “Ağdaş” klubunun aşağı yaş qrupunun məşqçisi idi.