“Trabzonspor”un futbolçusu Murat Cem Akpınar karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, ötən mövsümü “Sakaryaspor”da icarədə keçirən yarımmüdafiəçi ilə “Neftçi” maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Murat Cem Super Liqa təmsilçisi “Antalyaspor”, I Liqa klubları “Bandırmaspor”, “Kocaelispor” və “Sakaryaspor”un da diqqət mərkəzindədir.
Karyerası ərzində “Trabzonspor”, “Giresunspor”, “Sakaryaspor”, “Kocaelispor”da çıxış edən futbolçu ümumilikdə 150 oyunda 14 qol vurub, 13 məhsuldar ötürmə edib.
Yarımmüdafiəçi daha əvvəl Azərbaycanın U-17 yığmasında da forma geyinib.