“Sumqayıt” – “Fehervar” oyununu yayımlayacaq telekanal bilindi

“Sumqayıt”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçirəcəyi oyunları yayımlayacaq telekanal dəyişib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Həm 25 iyul saat 20:00-da keçirəcəyi ev oyunu, həm də 31 iyul saat 21:00-da keçirəcəyi səfər oyunu əvvəlcədən açıqlandığı kimi “CBC Sport” telekanalı ilə deyil, “İdman” TV ilə canlı yayımlanacaq.