Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi “Radomiak” Polşa Ekstraklasasında mövsümün ilk oyununa çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Katovise” ilə qarşılaşıb. Görüş “Radomiak”ın qələbəsiylə başa çatıb – 2:1.
Rahil bu görüşdə komandada debüt edib. Oyuna start heyətdə başlayan müdafiəçi 90+2-də meydana daxil olub.