“Neftçi” Türkiyə klubu ilə “sülh”ə razılaşdı

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” növbəti yoxlama oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” Türkiyənin I Liqa təmsilçisi “Erzurumspor”la qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.

“Neftçi” bundan əvvəl Super Liqa təmsilçiləri “Alanyaspor” (3:1) və “Sivasspor”u (2:1) məğlub edib.