“Sumqayıt” – “Fehervar”: neçə bilet satılıb?

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” – “Fehervar” qarşılaşmasına bu günə qədər 3300 bilet satılıb.

Futbolpress.az xəbər verir ki, 25 iyul saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matçın biletlərini iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən əldə edə bilərsiniz.

Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.