“Yuventus”dan ayrılan futbolçu “Real”ın hədəfində

“Yuventus”dan ayrılan Adrian Rabiot karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, fransalı yarımmüdafiəçi “Real”ın maraq dairəsindədir. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Madrid klubu 29 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.

Rabiot 2019-cu ildən “qoca sinyora”nın formasını geyinirdi. O, Turin təmsilçisində 212 oyunda 22 qol vurub, 15 məhsuldar ötürmə edib.