“Zirə”nin Konfrans Liqasının II təsnifat mərhələsində Slovakiyanın DAC (“Dunayska Streda”) klubu ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.
Futbolpress.az xəbər verir ki, görüşü Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Yovan Kaçevski olacaq. Ona yan xətt hakimləri Slaqyan Markoski və Branko Putilin kömək edəcəklər. Dördüncü hakim funksiyasını İvana Proykovska yerinə yetirəcək.
Görüş avqustun 1-də Slovakiyada olacaq. İlk matç isə iyulun 25-də Bakıda keçiriləcək.