UEFA slovakları Bakıya göndərir

Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində “Makkabi”yə (Hayfa, İsrail) qarşı keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.

Futbolpress.az xəbər verir ki, matçı Slovakiyadan olan hakimlər briqadası ideaə edəcək.

Baş hakim Peter Kraloviç olacaq. Ona yan xətt hakimləri Tomaş Straka və Matey Zemko kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Boris Marhefka yerinə yetirəcək.

Avqustun 1-də keçiriləcək “Sabah” – “Makkabi” oyunu saat 20:00-da başlayacaq.

Komandalar arasındakı ilk matç iyulun 25-də Macarıstanda olacaq.