“Zirə” bu gün mərhələ keçən tərəf olacaq”

“Zirə” bu gün Avropa Liqasının I təsnifat mərhələsində “Şerif”i qəbul edəcək. “Liv Bonadea Arena”da baş tutacaq görüşə saat 20:00-da start veriləcək.

Veteran futbolçu Yunis Hüseynov “FutbolPress“ə açıqlamasında oyundan gözləntilərini bölüşdü:

“Zirə”nin qələbə qazanacağına inanıram. İlk oyunda lazım olan nəticəni qazandılar və indi üstünlük onlardadır. Rəqib geridədir və erkən qol vurmaq istəyəcək. “Zirə” müdafiədə diqqətli olmalıdır. 15 dəqiqə təzyiqdən sonra oyun rahat keçəcək. Hər bir halda, diqqətli olmaq və etibarlı müdafiə olunmaq lazımdı. Gəlin, müsbət fikirləşək neqativə köklənməyək. İnanıram ki, “Zirə” bu gün mərhələ keçən tərəf olacaq”.

Şahin Cəfərov