“Zirə” bu gün Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Bakıda “Şerif”i qəbul edəcək. Mərdəkanda, “Liv Bonadea Arena”da baş tutacaq görüşə saat 20:00-da start veriləcək.
Bu, “Şerif”in XXI əsrdə 4-cü dəfə Azərbaycana gəlişi olacaq. Moldovalılar daha öncə üç dəfə “Qarabağ”la qarşılaşıb və iki dəfə uduzub. Komandalar arasındakı bir matç isə qolsuz bərabərliklə başa çatıb. Ümumiyyətlə, “Şerif” səfərdə daha dişsiz komanda təəssüratı yaradır.
Bir neçə il öncənin “Real”la, “Şaxtyor”la oyunlarını hesaba qatmamaq daha məqsədəuyundur. Komandalar bu görüşə psixoloji olaraq daha yaxşı çıxmışdı, nəinki bu dəfə.
Komandası demək olar, yenidən qurulan tiraspollular Bakıda qələbə axtarışında olacaq. “Qartallar”In baş məşqçisi Rəşad Sadıqov da bunu başa düşür və böyük ehtimalla, onları bağlayacaq tapşırıqlar da tamamlanıb.
“Şerif”in Bakı uğursuzluğu “Zirə” üçün diqqətçəkən məqamdır. Amma oyunlar meydançada oynanılır və son sözü nəticə deyəcək.