“Yuventus” onunla müqaviləni uzatdı

“Yuventus” futbolçusu Fabio Miretti ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2028-ci ilin yayına kimi artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Miretti “Yuventus”un yetirməsidir. O, 2022-ci ilin yayından əsas komandada çıxış edir. Miretti A Seriyasında 58 oyunda 1 qol vurub, 54 məhsuldar ötürmə edib.