“Liverpul” azarkeşlərini narazı salan qərar

“Liverpul”da baş məşqçi Arne Slota yeni köməkçi təyin edilib.

Futbolpress.az xəbər verir ki, keçmiş niderlandlı müdafiəçi Con Heytinqa bu vəzifəyə gətirilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı mütəxəssis futbolçu kimi “Liverpul”un əzəli rəqibi “Everton”da 5 il forma geyinib. O, bu komanda ilə 140 oyunda meydana çıxıb.