2024/2025-ci illər mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyunun keçirib.
Futbolpress.az xəbər verir ki, “dənizçilər” Türkiyə 1-ci Liqası təmsilçisi “Erzurumspor”la qarşılaşıb. Oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb. “Səbail”in heyətində Süleyman Alluş və Nihad Quliyev fərqlənib.
“Səbail” sabah axşam saatlarında vətənə yola düşəcək.