“Şamaxı”nın növbəti rəqibi bilindi

“Şamaxı” yay təlim-məşq toplanışını davam etdirir.

Futbolpress.az xəbər verir ki, “şirlər” toplanış zamanı ikinci yoxlama oyununu keçirəcək və bu matçda “Pelikan”la qarşılaşacaq. Oyun 20 iyul, saat 18:00-da Şamaxı şəhər stadionunda start götürəcək.

“Şamaxı” ilk sınaq matçında “Kəpəz”i məğlub edib – 2:1.