“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Şerif”in futbolçusu Qideon Qudlad klubun saytına açıqlama verib.
Futbolpress.az xəbər verir ki, o, “Zirə”yə qarşı keçirəcəkləri cavab oyunu haqda fikirlərini bölüşüb:
“İlk oyunu izlədim. Belə məğlubiyyət məyusedicidir. Bu haqda çox danışdıq, məğlubiyyətlərin səbəbini axtardıq. İnanıram ki, Azərbaycanda “Zirə”yə qalib gələcəyik. Yaxşı nəticə olacağına ümid edirəm. Cavab oyunu haqda müsbət düşünürük. Motivasiyalı olmalı və çox çalışmalıyıq”.
“Zirə” – “Şerif” oyunu sabah saat 20:00-da start götürəcək. Komandalar arasındakı ilk matçda Azərbaycan təmsilçisi qələbə qazanıb.