“Sumqayıt” – “Fehervar”: neçə bilet satılıb?

Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Sumqayıt” – “Fehervar” oyununa satılan bilet sayı məlum olub.

Futbolpress.az xəbər verir ki, görüş üçün artıq 2200 bilet satılıb.

Qeyd edək ki, biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, 20 iyuldan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz. Qiymətlər sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.

İyulun 25-də keçiriləcək matça saat 20:00-da start veriləcək.