“Neftçi”nin yetirməsi Asim Əlizadə karyerasını “Baku Sportinq”də davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi I Liqaya yüksələn komanda ilə müqavilə imzalayıb.
Əlizadə son olaraq “İrəvan”da çıxış edib. O, daha əvvəl “Şamaxı”da və Latviyanın “Dauqavpils” klubunda icarədə olub.