Sautqeytə vida

İngiltərə millisinin qapıçısı Cordan Pikford baş məşqçi postunu tərk edən Qaret Sautqeytlə vidalaşıb.

Futbolpress.az xəbər verir ki, qolkiper mütəxəssi haqda sosial şəbəkə hesabında bunları yazıb:

“Bizimlə işlədiyin müddətdə həmişə mənə inandığın üçün xüsusi təşəkkür edirəm. Sənə gələcək karyeranda uğurlar arzu edirəm. Təşəkkürlər, Qaret”.

İngiltərə yığması Avro-2024-ün finalında İspaniyaya uduzub və gümüş medal qazanıb. Mütəxəssis dünən uğursuzluğa görə vəzifəsindən ayrılıb.