Ramilin dili

Ramil Şeydayevin də xarici karyerası yaxşı alınmadı, qayıtdı. “Neftçi” onunla 3 illik müqavilə imzalayıb.

Roman Qriqorçukun baş məşqçiliyi ilə haradək gedə biləcəyini bilmədiyimiz “xalq komandası” (Bu ad çoxdandı işlənmir) Ramilin təqdimat rolikində ona iki kəlimə dedirdib: “Tarixi kluba tarix yazmağa gəldim”.

Siz bir o videoya baxın. Azərbaycanlı Ramil azərbaycanca bilmir. Rusiyada doğulub, boya-başa çatıb və s. Ancaq bu səbəb deyil ki, ana dilini bilməyəsən.

“Tarixhikhi kluba tarihk yazmaya gyaldim”.

Əhsən, Ramil. Necə bacarmırsan öz dilini öyrənməməyi?

Riçard Almeyda azərbaycanca səndən yaxşı danışır. Hətta elə uzun müddət qalmasa da, Kadi belə səndən çox azərbaycanca kəlmə bilirdi, yaxud daha səhih deyirdi.

Azərbaycan millisində oynayan Ramil və onun kimi gəlmələr – nə azərbaycanca danışa bilir, nə himnimizi tam öyrənib.

Kamil Əhməd