“Mançester Yunayted”in futbolçusu Meyson Qrinvud karyerasını Fransada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, 22 yaşlı ingilis yarımmüdafiəçi “Marsel”lə razılaşıb. Bu barədə insayder Nikolo Skira məlumat yayıb. Liqa 1 təmsilçisi Qrinvud üçün “Mançester Yunayted”ə 30 milyon avro ödəyəcək. Futbolçu ilə müqavilə 5 illik nəzərdə tutulub.
Meyson ötən mövsümü icarə əsasında “Xetafe”də keçirib. Daha əvvəl onun adı “Latsio” ilə hallanırdı.
Qrinvud “Xetafe”də 36 oyunda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.