“Neftçi” Super Liqa klubu ilə qarşılaşacaq

Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən “Neftçi” bu gün növbəti yoxlama oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv Super Liqa təmsilçisi “Sivasspor”la qarşılaşacaq. Görüşə saat 18:00-da start veriləcək.

“Neftçi” Türkiyədəki birinci yoxlama görüşündə “Alanyaspor”a qalib gəlib – 3:1.