“Qalatasaray” futbolçusu Matias Rossu Çexiyanın “Sparta” klubuna icarəyə verib.
Futbolpress.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi 2025-ci ilin yayına kimi Praqa komandasında çıxış edəcək.
“Spartak” növbəti mövsümün sonunda 1,2 milyon avro ödəməklə oyunçunun transfer hüquqlarına sahib ola bilər.
Matias 2022-ci ilin sentyabrından “Qalatasaray”da çıxış edirdi. O, ötən mövsümü icarə əsasında Niderlandın “Neymegen” komandasında keçirib.