“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Əl Əhli”dən Allan Sen-Maksimini icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı vinger 2025-ci ilin yayına kimi “Fənərbağça”nın formasını geyinəcək.
Allan daha əvvəl “Monako”, “Hannover”, “Bastiya”, “Nitsa”, “Nyukasl” kimi klublarda çıxış edib. O, 2023-cü ilin yayından “Əl Əhli”nin formasını geyinirdi. Vinger ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında 30 oyunda 4 qol vurub, 10 məhsuldar ötürmə edib.